senbe, 21.10.2017, 20:35
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | 2 AY QOXUSUNU RAMAZANDAN ALDI | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 

Receb, Şaban ve Ramazan ayları xalqın tesevvüründe "Üç ay ” deye ad qazanmışdır. Bu söz ilk baxışda heç bir anlam kesb etmese de özlüyünde derin mena daşıyır. Üç ay dedikde qesd edilen ardı-ardına gelen qemeri aylardır - Receb, Şaban ve Ramazan.
Resulullah (s.a.s) bu aylar girdiyinde "Allahumma barik lena fi recebe ve şa”ban” ve balliğna ramazan: "Allahım Receb ve Şabanı bize bereketli qıl ve bizi Ramazana qovuşdur " -deye dua ederdi. Ramazan ayı sahib olduğu bütün bereket ve müqeddesliyini içerisinde gerçekleşen bir hadiseden dolayı aldı.
O hadise hansı idi?
Tebii ki, bu ay Allahın rehmetinin kelamı, tecellisi olan vehy enmişdir. Vehy, Quranla sabitdir ki, Ramazanda enmeye başlamışdır. Qedr suresinde, Quranın enmeye başladığı geceye bele ad verilir: Qedr gecesi (Leyletül Qadr).
Bütün söylenenlerden ortaq netice budur. Quran Ramazan ayı içerisinde yer alan Qedr gecesinde nazil olmuşdur. Quranın nazil olduğu gece, sırf bundan dolayı min aydan daha xeyrli ve bereketli geceye çevrilmişdir. Min ay 83 il, yeni bir ömürdür. Bu teqdirde "bir ömürden daha xeyrli olan Quranın nazil olduğu gecedir.”
Quran endiyi zamana otuz min qat bereket qatmışdır. Ele ise vehyin meqsedi zamana bereket qatmaq, yoxsa onu on minlerce qat daha bereketli etmekdir?
Vehy insan üçün enmişdir. İnsanı bereketlendirmek, yükseltmek ve onu mübarek etmek meqsedi ile gönderilmişdir. Belelikle o halda niye Quran vehyin zamana qatdığı deyeri ve bereketi ifade edir? Burada başa düşülmeyecek ne var? Quran insana xeber verir. Barmağımız Ayı göstererken, barmağa deyil Aya baxırıq. eger sen de ayelere (barmağın gösterdiyi yere) baxsan bunu görersen: Ey insan! Endiyi geceni min aydan daha xeyrli eden, yeni bir ömre deyen bu vehy eger senin üreyine, zehnine, heyatına nüfuz ederse neler etmez? Biraz düşün! Sene hansı xeyir ve bereket vermez! Heyatına nazil olan Quranı nece deyerlendireceyini düşün.
Ramazan bütün deyerini vehyin enmeye başlamasından almaqdadır.
Tebii ki, Peyğemberin (s.a.s) orucu insan ruhunun menen qidalanması, azad olması ve sağlamlığına yönelmişdir. Bu şekilde şüur, tesevvür daha aktiv olardu. Çünki oruc, beden atının beline düşünen qelbi mindirmekdir. Bunun eksi nedir? eksi düşünen qelbin beline bedeni mindirmekdir ki, bu da süvarini ata deyil, atı süvariye mindirmek qeder ters bir işdir. Arabanı ata deyil, atı arabaya qoşmaq kimi bir şeydir.
Belelikle düşünen qelb beden atının süvarisi olarsa ne olacaqdır? Tebii ki, vehye ve vehyin mesajına hazır olacaqdır. Onu sözlerin sultanı olaraq qarşılayacaq ve qelbine oturdacaqdır. Yeni qelbin taxtinda vehy oturacaq, emrler verecekdir. el-ayaq, dil-dodaq, göz-qulaq kimi beden üzvleri de bu emre itaet edecekdir. Belece insanın Allaha teslimiyyeti tamamlanacaqdır.
Receb ve Şaban ayı deyerlerini Ramazana qonşu olmarından almaqdadır. Gözele qonşu olan da gözeldir. Gül ağacının dibindeki torpaq da gül qoxar. Receb ve Şaban gül agacının dibinin torpagına benzeyir. Recebin başlanğıcından etibaren Peyğember (s.a.s) nafile oruc ve namazları artırırdı. Ramazana 15 gün qalmış ise bu ibadetler daha da artardı. Resulullahın (s.e.s) bu halı ramazanın celb etme sahesine girenlerin ne etmesi lazım olduğu mövzusunda her mömin üçün örnek ola biler. Xalqın 3 ay adını qoyduğu Receb, Şaban ve Ramazanın sirri de budur.
Hazırladı: Cavid Musayev/ Azerislam.com
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017