senbe, 21.10.2017, 20:34
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | DÜNYADA AC QAL Kİ, AXİRƏTDƏ TOX OLASAN! | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 

DÜNYADA AC QAL Kİ, AXİRETDE TOX OLASAN!


"De: "Bunlar Allahın lütfü ve merhemeti sayesindedir!” Qoy onlar buna sevinsinler. Bu ki, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 58). Sevinek ki, Allah Teala bize Ramazan ayı kimi mübarek bir ay bexş etmişdir. Sevinek ki, bize hidayet edib ve bu ayı derk etmeye nail edib. Hemçinin de sevinek ki, bize sağ-salamat şekilde bu ayın feyzinden istifade etmeye de imkan verib. Allahın bize verdiyi Ramazan nemeti ile sevinek ve Ona dayanmadan şükürler edek.
Ramazan ayında oruc tutmağın çox derin felsefesi, menası ve deyerleri var. Heç düşünmüsünüzmü niye mehz bir ay oruc tutmalıyıq?! Niye mehz Ramazan ayında oruc tutmalıyıq?! Niye bir ay mehz ayın doğması ve batması ile ölçülür, miladi tarixle deyil?! Niye mehz seherden axşama kimi ac-susuz qalmalıyıq, geceden sehere kimi deyil?! Niye vaxtı-vaxtında orucu tutub ve iftar açmalıyıq?! Niye... Bütün bunların arxasında bir hikmet olmalı deyilmi? Allah Teala ebes yere bütün bunları bize buyurmayıb.
Oruc tutmağın faydaları, deyerleri, xeyirleri ve qiymeti haqqında ister alimler elmi terefden, ister hekimler tibbi terefden, isterse de yazarlar öz hissleri terefinden çox yazılar yazıblar. Bunlara baxmayaraq bütün bunlarla kifayetlenmek olmaz. Çünki Ramazanın ve orucun deyerleri haqqında etraflı ve çox gözel melumatlar mövcuddur. Amma bir anlıq bütün bunları qısa formada bele qebul edek ki, 30 gün Ramazan ayında oruc tutmaq ve ona daxil olan bütün deyerleri ve faydaları etmek 30 eded heb kimidir ve ilde birce defe biz bir ay bu heblerden istifade edirik. Günde bir denesini qebul etmekle insan qalan 11 ayda olanlardan temizlenir ve berkiyir.
Amma gelin bir az daha derine gedek, oruc tutmağın daha gizli menalarını araşdıraq. Düşünün, heç bir müessise, teşkilat, qurum ve ya dövlet qanunu insanların hisslerini, eseblerini ve iradelerini her il bir ay müddetine deyişdire bilmeyib. Ele bir fikir, ideya ve ya layihe qura bilen olmayıb ki, her il milyonlarla insanları onlara nezaret etmeden o fikire emel etmeyi bacarsın. Ne kommunizm, ne sosiolizm ne de başqası, ele ede bilmeyibler ki, insanlar eyni hissler keçirtsinler, xüsusile de bunu mecbur etmeden yerine yetirsinler. Tesevvür edin, varlı ve ya kasıb, telebe ve ya müellim, müdür ve ya işçi, valideyn ve ya övlad, hamı aclıq hissi keçirir, halsız ve taqetsiz olurlar ve hamı Allahın buyuruğunu etmeye çalışır. Hamı olmasa da, müselmanların ekseriyyeti bu ayda günahlardan ve pis verdişlerden çekinmeye, başqaları ile xoş reftar etmeye, işlerinde düzgün olmağa ve sakit qalmağa çalışır. Bir tesevvür edin bütün yer üzündeki insanlar bu ay erzinde oruc tutsalar etraf-mühitdeki ab-hava nece deyişer?
Oruc tutmaq insanı taqetden salır, aclıq ve susuzluq hissi ile axşama qeder sebr edir, halsızlaşır, amma heç bir şey qebul etmeye cüret etmir. İnsanı mecbur eden nedir axı? Kimin xeberi olacaq eger birimiz çekilib bir yerde ne ise yesek ve ya içsek? Xüsusile de indiki zamanda Ramazan ayında yeyib-içene heç de teeccüblü baxmırlar, çünki çoxlarının bu aydan xeberi olmur. Müselmanın daxilinde Allahın emrine tabe olmaq, onun buyuruğunu yerine yetirmek hissi var. Mence kiminse fikrine ve ya ideyasına göre insan bir ay ac-susuz qalmağa razı olmazdı. Aclıq aksiyası ve saire kimi hadiseler istisna hallardır, bu halları düşünmeyin. Hemin hadiselerin meqsedi de dünyada maddi bir şeyi elde etmekdir. Oruc tutmağın en sevimli terefi de odur ki, yerinden ve zamanından asılı olmayaraq etrafda ve bütün başqa ölkelerde olan müselmanlar eyni emri yerine yetirirler. Hamı bir vehdetle sehur yemeyine qalxır, hamsı ac-susuz axşama kimi dayanır, ibadetini edir ve sonra hamı bir nefer kimi gün batanda orucunu açır, sonra ellerini açıb Allaha şükür edirler. Burada birlik, vehdet ve camaat hissi qelblere dolur. Bunları hiss etmek, unutsaq bele xatırlamaq lazımdır.
Ramazan ayında oruc tutmaq, en möcüzevi islah edici bir sistemdir. Nizam-intizamla qurulmuş bir sistem ki, nezaret olunmadan onun tabeçileri bir ay bu sistemle yaşayır. İnsanlıq tarixinden her il 30 gün onların mede ve qarın tarixini silib atır. Bu sistem bir növ insanın yemek-içmekden asılı olmadığını da cemiyyete öyredir. Başqa heyvanlara, ata, uzunqulağa ve s. ot vermesen, o heyvanlar bizim istediklerimizi etmeyecekler. Onları vaxtı vaxtında yemleyib sonra da öz ehtiyaclarımıza göre istifade ede bilirik. Bizim ise öz irademiz var. Beden bir orqanizmdir, yem teleb edir, biz ise bu orqanizmi yemsiz de hereket etdire bilirik ve isteklerimizi yönlendirmeyi bacarırıq. Oruc bize bu ferqi de hiss etdirir. İnsanın iradesi en yüksek nöqtesinde, yaxud menzilinde o zaman olur ki, hansısa bir fikre ve buyuruğa göre insanın reğbet ve isteklerini idare edir. Beden qida istese de, irade onun ehtiyacını istediyi vaxtda verir.
Varmı insanlıq tarixinde her hansı bir imperiya, zaman yaxud dövlet 1 ay insana könüllü olaraq ac-susuz qalmağı emr etsin ve bunu bacarsın? Ramazan ayı bizim ruhumuzu, meneviyyatımızı, insanlığımızı ve irademizi qidalandırır. 11 ay daha çox orqanizmimizin qidasına fikir veririkse, bu ayda ruhumuzun qida ve ehtiyacına daha çox önem vermeli, axiret heyatımız üçün yaşamalıyıq. Ramazan mövsümü sanki bir qış feslidir. Bu fesil gelir, qarı ve yağışı ile her yeri yuyur, temizleyir. Ağacların yarpaqları tökülür, havalar soyuyur ve amansız olur. Hamının kefi ve ehvalı yaz feslindekinden ferqlenir. Amma elbette qışdan sonra her şey yenilenir, insanlar yazın ümidi ile yaşayır, sonra yaz gelir her teref çiçeklenir, hamı özünü soyuqdan sonra berkimiş ve gümrah kimi hiss edir.
elbette Ramazan ayının fizioloji ve tibbi faydalarını da unutmaq olmaz. Amma bu ayın insana daha çox ruhi ve menevi xeyri olduğu üçün, tibbi terefine çox yaxınlaşmaq istemedim. Sadece bele deye bilerem ki, Ramazan orucu sanki tibb elminin insan orqanizmine yazdığı bir aylıq sağlıq kurortudur. "Oruc tutun ki, sağlam olasınız.”
Orucun mahiyyetini ve ehemiyyetini başa düşerek onu tutmaq, Ramazanı olduğu kimi qebul edib, buyurulan şekilde keçirmek insanlara en esas hedefi ve meqsedi öyredir. "Ey iman getirenler! Sizden evvelkilere vacib edildiyi kimi, size de oruc tutmaq vacib edildi ki, belke pis emellerden çekinesiniz” (el-Beqere, 183).
Azerislam.com
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017