bazar, 17.12.2017, 14:58
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | ETNIK MÜSƏLMANLAR | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
ETNIK MÜSELMANLAR
 

Etnik müselmanlar”, "enenevi müselmanlar”, "dilde müselmanlar”, "adı müselman olanlar”... İbadet ehli artdıqca bu cür terminlere tez-tez rast gelmek olur. Bu sözler esasen özlerini müselman sayan İslam qaydalarına riayet etmeyenler haqqında söylenir. Müselman toplumlar, xalqlar haqqında bezi mülahizelerle bölüşmek isterdim.
Bununla elaqedar evvela Allahın bezi qanunlarını (sünnetullah) xatırlatmaq isterdim. Bu da Allahın yaratdıqları arasından bezilerini seçmekdir. Meselen Allah zamanlar arasından Ramazan ayını, Haram ayları, Qedir gecesini, erefe, Cüme günlerini ve s zamanları seçmiş. (Bax: Quran, 2/185; 9/ 36; 97/1-5; 62/9) Mekanlar arsından Mekkeni, Qüdsi, Şam-Felestini, Tuva vadisini ve sair seçmişdir. (Bax: Quran, 29/67; 17/1; 5/21; 20/12) İnsanlar arasından peyğemberleri seçmişdir. (Bax: Quran, 22/75; 19/58). Uca Allah seçkin peyğemberinden başqa bir de insanların bezilerine hidayet vermekle onları seçmiş olur. Bunlar ferdi halda olduğu kimi, aileler, nesiller, tayfalar, milletler halında da ola bilir. (Bax: Quran, 3/33;)
İbrahim (e) bele dua etmişdir: "Ey Rebbimiz! Men ehli-eyalımdan bezisini (İsmaili ve anası Haceri) Senin Beytülheramının (Kebenin) yaxınlığında, ekin bitmez bir vadide (derede) sakin etdim. Ey Rebbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deye bele etdim. Ele et ki, insanların bir qisminin qelbleri onlara (Kebenin ziyaretine, ehli-eyalıma merhemet göstermeye) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvelerinden ruzi ver ki, (nemetine) şükür ede bilsinler!” (Bax: Quran. İbrahim, 37)
İbni Abbas ve Mücahid deyir ki: eger İbrahim (e) "insanların bir qisminin qelbleri onlara (Kebenin ziyaretine, ehli-eyalıma merhemet göstermeye) meyl etsin” deyerken "bütün insanların” deseydi şübhesiz ki, Rumlar, Hindliler, Yehudiler, Xristianlar, Mecusiler buraları doldurardı. Lakin o "insanların bir qisminin” dedi. Bunlar da müselmanlardır. (Bax: Qurtubi. el-Cemiu li-ehkemil-Quran. İbrahim suresi 37-nin tefsiri)
Hz. Mehemmed (s) ümmeti şerefine layiq görülen bu müselman milletler arasında bizim Azerbaycan milleti de öz yerini tutmaqdadır. Bu millet özü İlamdan imtina edib dinini deyişmedikce (Allah qorusun) onu Mehemmed ümmeti olmaqdan heç kes mehrum ede bilmez. Peyğember (s) çox saylı hedislerinde "ümmetimden bezileri”, "ümmetimin bir qismi”, "ümmetim” deye behs ederken, bunların özlerini "müselman” adlandıranların, insanlar terefinden de "müselman” kimi tanınanların olduğunu bildirmekdedir. Bunlar asi olsalar da, itaetden çıxsalar da, yolunu azsalar da, hetta küfür işletseler bele ümmet kimi tanıtılmışdır.
Bezileri deyir ki, bu gün müselman olan milletlerin mövcudluğu vaxtı ile dede-babalarının siyasi baxımdan İslamı qebul etmesinin neticesidir. Meselen Yuqoslaviyadakı (Bosniya ve Herseqovina) slavyanların bir qismi xristianlığın "boqomil” teriqetine mensub idiler. Buna göre onlar davamlı olaraq bir terefden katolik bir terefden de pravoslav kilsısinin tezyiq ve teqiblerine meruz qalırdılar. Osmanlı xilafeti Balkanları feth etdikde buralara yeni din İslamı getirdiler. Bu da oradakı kiçik toplumlar üçün bir fürset oldu. Çünki bu dinin arxasında Osmanlı xilafetinden ibaret olan neheng güc dururdu. Onlar da qonşu xristianların teqiblerinden yaxa qurtarmaq üçün İslamı qebul etdiler.
Hemçinin Xulafeyi raşidin ve emeviler devrindeki fetihler neticesinde Orta Asiya, İran, Anadolu erazisinde yaşayan ehali cizye (İslam devletinin yönetimi altında olan qeyri müselmanların devlete ödediyi vergi) vermeli oldu. Cizyeden yaxa qurtarmaq üçün bu erazide yaşayan türkler ve farslar İslamı qebul etdiler.
Hetta Peyğember (s)-in vaxtında bezi bedevi ereb qebileleri canını, malını eminamanlıq altına almaq, qenimet ve zekatdan pay elde etmek üçün yeni dini qebul etdiler.
Bir sözle toplum halında İslamı qebul edenler bunu siyasi baxımdan etdiler. Yoxsakı bunun inanc eqide ile bir elaqesi yoxdur. Quran ayeleri de buna delalet edir.
Başqa deyimle desek zahiren teslim oldular.
(Qenimet elde etmek iştahası ile islama daxil olan) bedevi erebler: "Biz iman getirdik! "eMeNNe” (ءامنا) – dediler. (Onlara) de: "Siz (qelben) iman getirmediniz! Ancaq: "Biz islamı (müeyyen şexsi meqsed, menfeet namine) qebul etdik (teslim olduq)!” – "eSLeMNe” (اسلمنا) deyin. Hele iman sizin qelblerinize daxil olmamışdır...” (el-Hucurat, 14)
Bu ayede bedevi qebilelerin "Müselman olmaları” "teslim, tabe olmaq” anlamındakı lüğeti menada işlenmişdir. Ayedeki "iman etmeleri”, "mömin olmaları” istilayi (şeriet) menasında işlenmişdir. Yeni onlar iman etmeden sadece "teslim” olmuşlar. Yoxsaki onlar İslam eqidesine lazımı şekilde iman etmemişler.
Bütün bunlar doğru ola bilir. Burada bu barede uzun-uzadı diskussiyaya vermeden ferz edek ki, bu beledir. Amma yuxarıda qeyd etdiyimiz Allahın seçme sünnetinden qaynaqlanan, faktlara dayanan başqa bir heqiqet var. Beleki nedense milyonlarla eqidevi inanclı müselmanlar esasen ele etnik müselman milletlerinden çıxır.
Öz yaxın tariximizden bir misala nezer salaq. Sosializm devrinde üç qonşu millet olan Azerbaycanlı, gürcü ve ermeniler dinden, imandan, ibadetden qafil bir halda benzeri heyat yaşayırdılar. Ferq yalnız bezi adet-enenelerde idi. Bu adetlerin bir qismi dini esilli idi. Oğlan uşaqlarının sünnet edilmesi, ölülerin İslam adetine göre defn edilmesi, tualetlerde sudan istifade edilmesi, heyvanların "bismillah” ile kesilmesi ve sair Azerbaycanlıların adetlerini buna misal vermek olar.
Her üç millet de bir yaradanın olduğunu qebul edirdi. Amma Azerbaycanlıları öz qonşularından ferqlendiren cehetler var idi. en başlıcası Azerbaycanlılar her üç qonşularından ferqli olaraq o uca varlığın Allah olduğuna etiqad edirdiler. Eyni zamanda Allahın tek olduğunu da qeti olaraq qebul edirdiler. Hemçinin onlar peyğemberinin hz. Mehemmed, kitabının Quran, dininin İslam olduğuna inanır, özlerinin de müselman olduğunu deyir, bununla fexr edirdiler.
Bu sebebden o devirde dünyasını deyişen Azerbaycanlıların hesab günü xilas olacağına dair böyük ümüdler olduğu halda, gürcü ve ermenilerin heç bir şansının olmadığı da açıqdır. (Gürcü ve ermenilerden bezi ferdlerin öz milletinin tutduğu yoldan ferqli olaraq İslamın buyurduğuna uyğun etiqad edenler müstesna).
Sovet imperiyası dağıldıqdan sonra bir zaman keçdikde bele bir sehneye şahid olduq. Azerbaycanda on minlerle namaz qılan, yüz minlerle oruc tutan, mescidler, ezanlar, Quran oxuyan uşaqlar ve böyükler, saqqallar, hicablar, kütlevi camaat namazları, İslama devet ve sair. Gürcüstan ve Ermenistanda ise bunların heç biri görünmemekdedir. Aşağı-yuxarı eyni seviyyede olan üç qonşu milletden Azerbaycanlılar yükseldi, tereqqi etdi, qonşuları ise qefletinde davam etdi ve ya daha da çökdü.
Bu gün bezileri Azerbaycan xalqının kafir olduğunu iddia edir. Bu o anlama gelir ki, Azerbaycanlılarla gürcü ve ermeniler arasında dinde, etiqadda heç bir ferq yoxdur, her ikisi kafirdir. Yuxarıda qeyd etdiyimiz kimi iki qonşu milletin aralarında ciddi bir ferq yox idi (heç biri namaz qılmır, İslam dinin qaydalarına uyğun heyat yaşamır, içki içir ve sair...). Amma sonralar İslam dinine uyğun etiqad edib yaşamaq nedense gürcülerle ermeniler arasında deyil, mehz Azerbaycanlılar arasında yayıldı. Göz qabağında olan Azerbaycanlıların elde etdiyi bu gösterici naliyyetlerin hamısı inkar edilmesi mümkün olmayan faktlardır.
Göresen bunun sebebi nedir? Bunun sebebi birdir: Azerbaycanlılar sağlam temele sahib müselman idi, qonşuları ise yox. Kimse belke bunun tüsadüf olduğunu deye biler. Mesele ondadır ki, bunu bütün dünyada müşahide etmek mümkündür. Dünyanın harasında olursa olsun, etnik müselmanlarla onların qeyri müselman olan qonşuları arasındakı ferq behs etdiyimiz Azerbaycanlılarla qonşuları arasındakı ferqin eynisidir. Bu inkaredilmez faktdır. Bunu Yuqoslaviyanın, Hindistanlıların, Osetinlerin, İndoneziyalıların ve sair milletlerin örneyinde görmek mümkündür.
Allahın seçme qanunu. İbrahim (e)-ın duası. Yer üzünün aşağı cenub hissesi (Asiya ve Afrika) imana hidayete gelir, yuxarı şimal hissesi xristian qalır. Tarix boyu müselman toplumlardan hidayet ehli kafir toplumundan küfür ehli töremiş bu gün de eyni şey davam etmekdedir. Diger terefden haqqı qebulda ferd olaraq her bir insan eyni hüquqdadır.
Xatırla ki, bir zaman Rebbin Adem oğullarının bellerinden (gelecek) nesillerini çıxardıb onların özlerine (bir-birine) şahid tutaraq: "Men sizin Rebbiniz deyilemmi?” – soruşmuş, onlar da: "Beli, Rebbimizsen!” – deye cavab vermişdiler. (Bele bir şahidliyin sebebi) qiyamet günü: "Biz bundan qafil idik”;
Ve ya: "Atalarımız daha evvel (Allaha) şerik qoşmuşdular, bis de onlardan sonra gelen bir nesil idik (onların izi ile getdik). Meger biz batile uyanların töretdikleri emellere göre mehv edeceksen?” – dememeniz üçündür.” (el-eraf, 172-173)
Heqiqeten Allahın derin hikmetleri idrak edilmezdir.
Bu gün öz milletini beyenmeyen, onu kafirlikde ittiham edenler hal hazırda din-iman ehli olmasına göre öz milletine borcludurlar. Hidayet Allahdandır, kime isteyir ona da verir. Bizim hidayete gelmeyimizde sebebkar ve vesilenin başlıcasından biri de dede-babalarımızın vaxtı ile İslamı qebul etmesi, bizim bu gün müselman milletinde, ailesinde dünyaya göz açmağımız olmuşdur. İki dene hedis eşidib, broşur oxuyub ortaya çıxmaqla bu gerçekleri anlamaq mümkün olmaz. Bundan öteri bir qeder geniş düşünmek, teessübu bir kenara qoymaq, özünü alim, bilen, ağıllı sanmaq kimi tekebbürlük elametlerinden temizlemek ve lazımdır.
Her şeyin doğrusunu Allah bilir.
Hazırladı: Ilham Rüstemov

 

 


Поиск
Календарь
«  dekabr 2017  »
bzcaccucumesenbaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017