senbe, 21.10.2017, 20:39
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | HİDAYƏT YOLU - QURAN | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
HİDAYET YOLU - QURAN
 

Qurani-Kerimin her bir müselmanın heyatında ehemiyyeti ve rolu haqqında heç ne demek istemirik. Bunun haqqında o qeder yazılar yazılıb ki, artıq melumatlarla sizleri yormaq fikrinde deyilik. Bu müqeddes kitabın, biz müselmanların heyatındakı ehemiyyetinden heç de az ehemiyyeti olmayan başqa bir mesele var ki, bizler ola bilsin ondan uzağıq, yaxud da qafilik. Bu mesele, bizlerin Qurani-Kerime yanaşmağımız, ona verdiyimiz önem, ona olan münasibetimiz haqqındadır. Müselman şexs, Allahın bendesi, Onun buyuruqlarına hansı qelble, hansı hisslerle, hansı reftarla yanaşır?! Qurani-Kerimi sadece müqeddes bir kitab hesab ederek, öpüb gözümüzün üstüne yaxınlaşdırıb sonra refde lap yuxarı başdamı yerleşdiririk?! Yoxsa her defe qohumlarımızdan ya doğmalarımızdan rehmete geden olanda yadımıza düşür ve bir Yasin oxutduduruq?! Ya heqiqeten özümüz herden açıb oxuyuruq, erebce bilmesek de, tercümesini nezerden keçiririk?!
Rebbimizin nazil etdiyi bu kitabı müqeddes sayaraq hemişe hörmet etmekle, ona and içmekle, ölülere oxutmaqla, bezen oxumaqla her şey bitirmi?!
Qurani-Kerim bütün beşeriyyete hidayet yolunu gösteren bir nurdur, müselmanların qelbini rahat eden bir şefadır, onları doğruldan ve heyatda azmağa qoymayan bir çıraqdır, onlar üçün qanun, hikmet ve düsturdur. Bu müqeddes kitab ebedi olaraq deyişilmeyen, her zamana ve mekana aid olan ve müqeddesliyini itirmeyen bir vehydir. Lakin... çox teessüf ki, heyatın keşmekeşli günleri, meşğuliyyetleri, aile problemleri, cemiyyetin iztirabları, müsibetler ve her cür hadiseler Qurana olan münasibetimizi deyişdirmişdir. Halbuki, bütün bu olanlardan çıxış yolunu biz, Qurani-Kerime yönelsek, sidq ürekle ona üz tutsaq tapa bilerik. Allah Teala öz elçisi Muhemmedi (s.a.s) bizlere göndererek ve ona Quranı vehy ederek bele vezifelendirdi ki, Quranda olanları bize çatdırsın ve beyan etsin. Hemçinin her bir müselmanın da borcudur ki, Qurani-Kerimde buyurulanlara emel etmekle yanaşı, buyuruqları başqalarına çatdırsın ve xatırlatsın. Uca Rebbimiz buyurur ki: "...Sene de Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edesen ve belke onlar fikirleşeler.” (en-Nehl, 44).
Bes eger biz Qurani-Kerime düzgün münasibet beslemesek, onu anlaya bilmesek, içindekilerin ehemiyyetini derk etmesek ve özümüz de orada emr olunanları heyata keçirmesek, başqalarına nece başa sala bilerik?!

Qurani-Kerimin deyeri
en esas, her bir müselmanın derk etmesi gerek sayılan şert Qurani-Kerimin heqiqi deyeri ve qiymetidir. Onun qiymetini derk ederikse, layiq olduğu ve gerek sayılan meqamda tutarıq. Hem de insan, qiymetini derk etmediyi bir şeye ehemiyyet vere bilmez.
- Qurani-Kerim, mütteqilere ve mütilere bir hidayetdir, yollarında çıraqdır. Allah Teala bunu Qurani-Kerimin lap başlıqlarında bildirmişdir; "Bu, qetiyyen şübhe doğurmayan, mütteqilere doğru yol gösteren bir Kitabdır” (el-Beqere, 2).
- Qurani-Kerim, özünden evvel nazil olan kitablarda buyurulanları özünde ehtiva edir. "Biz sene, özünden evvelki kitabları tesdiqleyen ve onları mühafize eden Kitabı haqq olaraq nazil etdik.” (el-Maide, 48).
- Qurani-Kerime Allah tealanın verdiyi adlar özü bu kitabın mekanını, meqamını ve deyerini gösterir. Bir yerde onun hikmetli bir zikr, bir yerde onun haqqı batilden ayırd eden bir kitab, bir yerde onun nur olması ve saire kimi qeyd edilmişdir. Ele kitabın özünde bele buyurulub; "Bunlar sene oxuduğumuz ayelerden ve hikmetli Zikrdendir.” (Ali-İmran, 58) "İnsanlara doğru yolu gösteren, bu yolun ve (haqqı batilden) ayırd edenin açıq-aydın delilleri olan Quran ramazan ayında nazil edilmişdir” (el-Beqere, 185). "Artıq size Allahdan bir nur ve açıq-aydın bir Kitab geldi.” (el-Maide, 15).
- Keçmişde yaşayanların, qedimde baş veren hadiselerin hekayesine, qeyb alemine aid Qurani-Kerimde qeyd olunanların hamısına tam eminlikle inanmaq mümkündür. Sehvsiz ve şeksiz yegane bu kimi melumatlar yalnız Qurandadır.
- İslam ümmetini deyerlendiren ve onları ferqlendiren de Qurani-Kerimdir. Allah teala buyurub ki; "Size sizleri xatırladan bir Kitab nazil etdik. Meger başa düşmürsünüz?” (el-enbiya, 10).
- Qurani-Kerim, yegane semavi kitabdır ki, onu deyişdirmek, tehrif etmek, elaveler ve saire etmek hele de mümkün olmamışdır ve hemişe de qorunacaqdır. "Şübhesiz ki, Zikri Biz nazil etdik, elbette, Biz de onu qoruyacağıq” (el-Hicr, 9).
- Qurani-Kerim bütün beşeriyyete ve insanların hamısını şamil eden bir kitabdır. Onu oxuyarken biz Allahın insanlara müraciet etdiyini göre bilerik. O Uca Rebbimiz bezen "Ey insanlar”, bezen de "ey Adem oğlu” deye müraciet edir. "Ey insanlar” müracieti Quranda 19 defe, "Ey Adem oğlu” da 4 defe tekrarlanıb.
- Qurani-Kerimin mezmununu etraflı oxuyaraq anlayırıq ki, bu müqeddes kitab sadece şeriet ve ya ibadet kitabı deyil. Bu kitab özünde yalnız moizeler, ya terbiyevi, ya ictimai, ya da dini mövzular deyil, insan heyatını şamil eden ve her bir şeye aid mövzuları özünde cem edir.

Qurani-Kerimin hedefi ve meqsedleri
Qurani-Kerimle düzgün reftar etmek üçün ikinci en esas mesele, bu müqeddes kitabın içinde olan hedefleri, qayeleri, meqsedleri derk etmekdir. Ferdlere ve cemiyyete ne buyurubsa onu düzgün anlayıb heyata keçirmeyi düşünmekdir. Bu meqsedleri tefsilatlı yazmaq ve uzatmaq mümkündür, lakin başda duran ve ondan şaxelenen esas hedefler vardır.
- Qurani-Kerim esasen, bütün insanlara bir hidayet yolunu gösteren kitabdır. "Ey Kitab ehli! Artıq size Kitabdan gizletdiyiniz şeylerin bir çoxunu beyan eden ve bir çoxunun da üstünden keçen Elçimiz gelmişdir. Artıq size Allahdan bir nur (Muhemmed) ve açıq-aydın bir Kitab geldi Allah, Onun rizasını arayan şexsleri (bu Kitabla) emin-amanlıq yollarına yöneldir, onları Öz izni ile zülmetlerden nura çıxarır ve düz yola yöneldir” (el-Maide, 15-16)
- Qurani-Kerim, insanları müxtelif zülmetlerden çıxarıb nura aparan yegane vasitedir. "elif. Lem. Ra. (Bu,) insanları öz Rebbinin izni ile qaranlıqdan nura – Qüdretli, Terifelayiq (Allahın) yoluna çıxartmaq üçün sene nazil etdiyimiz bir Kitabdır” (İbrahim, 1).
- Quran insanları seadete ve xoşbextliye aparıb çatdırmaq meqsedini daşıyır. "Biz Quranı sene ona göre nazil etmedik ki, eziyyete (bedbextçiliye) düşesen” (Ta. Ha , 2)
- Qurani-Kerimin hedeflerinden biri de islam ümmetini eziz ve kerametli saxlamaq, bu ümmeti hamıdan üstün etmekdir. "Doğrusu, bu (Quran) senin üçün ve senin xalqın üçün bir şerefdir” (ez-Zuxruf, 44) "Size sizleri xatırladan bir Kitab nazil etdik” (el-enbiya, 10).

Allahı tanımaq ve Ona yaxınlaşmaq
Qurani-Kerim Allah tealanın kelamı ve Onun buyuruqlarıdır. Onun buyurduqlarını anlamaq, Onun kelamı bizlere xeyir ve bereket getirmesi üçün, mütleq Ona yaxın olmağa çalışmalıyıq. Yalnız bu zaman biz Uca Tanrının bize çatdırmaq istediklerini, buyuruqlarını, halal-haramını ve emrlerini derk ede bilerik.
Bes Allahı yaxından nece tanımaq olar?! elbette mövzumuz bununla bağlı olmadığından bu barede tefsilatlı olaraq yazmayacayıq, amma sizlere de melum olan qısa melumatları sadece xatırlatmaq niyyetindeyik. İlk önde ağlı başında, şüurlu ve derrakeli her bir insan oğlu, etrafındakı kainata nezer yetirerse, her bir şeyde Allah tealanın nişanelerini görer ve her bir şeyin vasitesiyle Onu daha çox tanımağa başlar. Allah teala ele Qurani-Kerimde bele buyurur: "De: "Görün göylerde ve yerde neler var”. Lakin iman getirmeyen adamlara deliller ve xeberdarlıqlar heç bir fayda vermir. ” (Yunus, 101). Bunun kimi Qurani-Kerimde bir çox ayeler biz insanlara yerde göyde olanlara baxmağı, fikirleşmeyi ve düşünmeyi buyurur. Bunlardan elave, her bir mömin bende Qurani-Kerimi oxumaqla, Allah tealanın buyuruqlarını diqqetle dinleyib, araşdırıb, başa düşmeye çalışmaqla Allah tealanı daha gözel tanımağa ve Ona yaxınlaşmağa müveffeq olur.

emel ve tetbiq etmek
Qurani-Kerimi oxuyub, Allah tealanın buyurduqlarını qelble ve can-başla qebul ederek yerine yetirmek gerekdir. Her bir ayede buyurulan emre tabe olmaq ve ya çekindirilen işden çekinmek vacibdir. O buyuruqların hamısını heyatımızda tetbiq etmek niyyeti ve reğbetile biz Qurani-Kerimi oxumalıyıq. eslinde buyurulanları sadece qelble qebul edib, heyatımızda ona emel etmesek, Qurani-Kerimi oxumağın neinki faydası olmayacaq, hetta Axiret günü bize zereri de deye biler. Yeni, Qurani-Kerim her birimize qarşı çıxaraq deye biler ki, niye oxuyub buyurulanları heyatda etmek istemirdiniz.
Qurani-Kerimi oxuyarken biz bir çox ayelerden keçerek görürük ki, Allah teala hemişe Ona imanı emel etmekle birge tutub, emelle müqayise edib. Bir çox ayelerde iman edib saleh emeller görenler ya teriflenib, ya adi insanlardan ferqlendirilib, ya da Cennetle müjdelenibler. "İman getirib saleh işler görenler” ifadesi Qurani-Kerimde 48 defe tekrar olunub.
Allah teala heyatımızda baş veren her bir şeyde Qurana yönelmemizi ve Quranla hökm vermemizi emr edibdir. "Heqiqeten, Biz sene Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sene vehy etdiyi ile hökm veresen.” (en-Nisa, 105) Bunu Peyğemberine (s.a.s) emr etse de, buyuruq hamımıza aiddir.
Quranda buyurulanlara emel ve ya tetbiq etmek nece olur?! Tebii ki, her bir müselman şexs ilk önce ferde aid olan emrleri özlüyünde tetbiq etmelidir. Allahın her bir bendeye buyurduğunu qebul edib, ona boyun eymelidir. Nefsini Allah tealanın buyuruqlarına esasen insana zerer vere bilecek şeylerden çekindirmeli, temizlemeli ve saf saxlamalıdır. Hemçinin şexsiyyetini yükseltmek, deyerlendirmek ve Allah teala qatında yer qazanmaq, şeref lövhesinde yazılmaq uğrunda daim çalışmalıdır. Bununla beraber her bir müselman bende hemçinin öz öhdeliyinde olan şexslere de nezaret etmelidir ki, Allah tealanın Quranda buyurduqları heyata keçir ve buyuruqlara emel olunur. "Ailene namaz qılmağı emr et, özün de onu sebirle yerine yetir. Biz senden ruzi istemirik, (eksine) sene ruzi veren Bizik. (Gözel) aqibet teqvaya bağlıdır. ” (Ta Ha, 132) "Ey iman getirenler! Özünüzü ve ailenizi yanacağı insanlar ve daşlar olan oddan qoruyun! Onun başı üstünde Allahın onlara verdiyi emrlere (heç vaxt) asi olmayan, özlerine buyurulanları yerine yetiren amansız ve güclü melekler vardır.” (et-Tehrim, 6).
Öz öhdeliyinde olanlardan elave her bir bir müselman çalışıb etrafında olanlara, cemiyyetinde yaşayanlara ve tanıdığı bütün insanlara Allahın buyuruqlarını çatdırmalı ve xatırlatmalıdır. Müselman bende Allahın buyurduğunu haqq ve nur olaraq qebul edirse, hidayet yolunu yalnız bunda görürse, nece başqalarına çatdırmaya biler?!

Tilavet
Qurani-Kerimle münasibetin esas şertlerinden de biri onu gözel oxumaq, tilavet etmekdir. Tilavet ise herfleri düzgün teleffüz etmek, herf mexreclerini doğru yerine yetirmek, tecvid qanunu ile ve sair şertlere riayet etmekle oxumaq vacibdir. Bu niye vacibdir, niye mehz bele olmalıdır deye düşünürsünüzse, onda baxın Allah teala-Qurani Kerimde mehz bu barede ne buyurub: "Mene emr olunub ki, müselman olum. ve Quran oxuyum!” (en-Neml, 91-92). Müselmana her gün Quran oxumaq yaraşar. eslinde her gün Rebbinin kitabını açıb oxumaq her bir müselmanın hevesi ve marağı olmalıdır. Bundan elave başqalarına devet ve ya tebliğ ederken, Rebbinin kelamlarını xatırladarken, müselman gerek Qurani-Kerimden ezber bildiyi hisseler de olsun. O ya bir neçe cüz, ya bir neçe sure, ya da ki, bütün Quranı ezberleye biler. Bütün Quranı ezberlemek ise müselman üçün böyük şerefdir.
Tebii ki, Quranı yalnız gözel oxuyub, ezberlemekli kifayetlenmeli deyil, müselman bende hem de onun her herfini anlamağa çalışmalıdır. Qurani-Kerimde yalnız her bir sözün deyil, hetta her bir herfin seçilmesinin öz hikmeti ve sebebi vardır. Bunları ise yalnız ağıl ve derrake sahibleri anlaya biler. Allah Teala buyurur ki: "Meger onlar Quran baresinde düşünmürlermi? eger o, Allahdan başqası terefinden olsaydı, elbette, onda çoxlu ziddiyyet tapardılar” (en-Nisa, 82). Quranda ziddiyyetler olmadığını derk etmek ve Quran baresinde düşünmek üçün ise, onu daim oxumaq ve diqqet etmek lazımdır.
Heqiqeten de, Qurani-Kerime mehebbet besleyen, Allahın bu müqeddes kelamlarına ürek bağlayan insan, evvel-axır Allahın iznile onu başa düşecek ve her defe oxuyanda yeni menalar keşf edecek. Her yeni mena ve hikmet keşf etdikce de, hem Rebbini yaxşı tanıyacaq, hem Ona daha yaxın olduğunu hiss edecek ve tebbi ki, bununla da o özünü çox xoşbext hiss edecekdir. Quranın onun yoluna nur saçdığını ve her bir şeyde çıxış yolu olduğunu görecekdir.
Allah bizlere, Qurana düzgün münasibet beslemeyi, Allahın razı qaldığı ve buyurduğu şekilde Quranla emel etmeyi nesib etsin!
Hazırladı: Şahmar Kerimov/AZERISLAM
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017