senbe, 21.10.2017, 20:38
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | MƏSCİDÜL-HƏRAMDA İMAMLAR TƏYİN EDİLDİ | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
MESCİDÜL-HERAMDA İMAMLAR TEYİN EDİLDİ

Mescidül-Heram ve Mescid en-Nebevi işleri idaresi, bu il Mübarek Ramazan ayı müddetinde Mescidül-Heramda eda olunacaq Teravih ve Teheccüd namazlarına imamlıq edecek şexslerin adlarını açıqladı. Namazı aşağıdakı imamlar aparacaq;
- Şeyx ebdürrehman es-Südeys; [ MP3 dinle ]
- Şeyx Seud eş-Şüreym; [ MP3 dinle ]
- Şeyx Abdullah evvad el-Cuhani;
- Şeyx Mahir el-Mueyqli.
Beleki tek gecelerde Teravih namazına Şeyx Seud eş-Şüreym ve Şeyx Mahir el-Mueyqli, cüt gecelerde ise Şeyx Seud eş-Şüreym ve Şeyx Abdullah evvad el-Cuhani imamlıq edecekler. Bu işlere baxan xüsusi idare terefinden artıq 19.08.2009 tarixinde bele elan edilmişdir.
Teheccüd namazlarını ise Şeyx ebdürrehman es-Südeys ve Şeyx Seud eş-Şüreym aparacaqdır. Qurani Kerim xetm olan gece Şeyx ebdürrehman es-Südeys imamlıq edecekdir.
Medine şeherinde yerleşen Mescid en-Nebevide Ramazan ayı müddetinde imamlıq edecek şexslerin adları ise idare terefinden teyin edilmemişdir. Beleki son illerde kimler olmuşlarsa bu il de onlar imamlıq edecekler. Bezi gecelerde Mescidül-Herama teyin olunmuş imamlar bu mescidde de imamlıq edecekler.
- Şeyx ebdürrehman es-Südeys.
Mescidül-Heramın en qedim imamlarındandır.
Tam adı ebu ebdül-eziz ebdürrehman ebdul-eziz bin Abdullah bin Muhammed bin es-Südeys.
1962-ci (1382 hicri) ilde Riyad şeherinde anadan olmuşdur.
12 yaşında Qurani Kerimi tam ezberlemişdir.
Riyadda Şeriet fakültesinde oxumuş ve 1982-ci (1403 hicri) ilde oranın mezunu olmuşdur.
1983-cü (1404 hicri) il Şaban ayında Mescidül Herama imam ve xetib kimi teyin olunmuş ve ele hemin il Ramazan ayının ortalarında ilk xütbesini vermişdi.
- Şeyx Seud eş-Şüreym
Tam adı Seud bin İbrahim eş-Şureymdir.
1966-ci (1386 hicri) ilde Riyad şeherinde anadan olmuşdur.
İmam Muhammed bin Seud el-İslamiyye universiteti Dinin esasları fakültesinde tehsil almış ve 1988-ci (1409 hicri) ilde oranın mezunu olmuşdur. Tehsilini davam etdirerek 1992-ci (1413 hicri) ilde magestraturanı bitirmişdir.
1991-ci (1412 hicri) ilde krallığın emrile Mescidül-Herama imam ve xetib kimi, ondan sonrakı ili Mekkeyi Mükerreme Şeheri Böyük Şeriet Mehkemesine hakim, ondan sonrakı ili de Mescidül-Heramda müellim vezifesine teyin edilir.
- Şeyx Abdullah evvad el-Cuhani
Abdullah evvad Fehd Me`yuf Abdullah Muhammed Kedivan el-Hemimi ez-Zibyani el-Cuhani kimi tanınır.
Medine şeherinde 1976-cı (1396 hicri) ilde anadan olmuşdur.
Kiçik yaşlarında Qurani Kerimi tam ezberlemiş, İslam Universitetinde Quran elmleri fakultesinde tehsilini almışdır. Ele Medine şeherinde özü mezun olduğu universitetde yeniden müellim vezifesinde işlemiş, sonra ise Mekke şeherine gedib Maqistr üzre tehsilini davam etmişdir.
İndi ise Ummul-Qura universitetinde tehsilini davam etdirir.
16 yaşında olarken Mekke şeherinde keçirilen Qurani Kerim hafizliyi müsabiqesine qatılmış ve birinci yere nail olmuşdur.
Az yaşında Mescidül-Herama teyin olunmuş ilk şexsdir.
- Şeyx Mahir el-Mueyqli
Mahir bin Hemed bin Mueyql el-Mueyqli el-Belevi onun tam adıdır.
Seudiyye erebistanının şimal bölgelerinde anadan olmuş, sonra atası Medine şeherine köçmüşdür ve Mahir orada anadan olmuş, Quranı ezberlemiş ve öz tehsilini Medinede almışdır. Müellimler fakultesinde Riyaziyyat müellimi olmaq üçün tehsil almışdır. Mekke şeherine köçmüş ve orada müellim kimi işlemişdir.
Hal hazırda ebdürrehman es-Se`di mescidinde imam vezifesinde çalışır, amma Ramazan ayında Mescid en-Nebevide imamlıq edir. Beleki 2005-ci ilde o mescidde imam vezifesine teyin olunmuşdur. Ondan sonra ise Teravih namazlarına imamlıq etmek üçün Mescidül-Herama da gönderilmişdir.
Hazırladı: Şahmar Kerimov / Azerislam
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017