senbe, 21.10.2017, 20:35
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | MÜSƏLMAN ALİMLƏRİNİN TİBB ELMİNƏ TÖHVƏLƏRİ | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
MÜSELMAN ALİMLERİNİN TİBB ELMİNE TÖHVELERİ
 

Müselman alimleri bir çox ixtira ve keşfleri ile avropalıları esrlerle qabaqlamışlar. Avropada cehaletle öyünüldüyü, elmle düşmençilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlerinde müselman alimler terefinden heyata keçirilmiş bezi elmi axtarış ve keşfler diqqetelayiqdir.
İlk kağız fabriki 794-cü ilde Bağdadda Harun er-Reşidin vezirinin oğlu İbn Fezl terefinden qurulmuşdur. Bele bir fabrik 800-cü ilde Misirde, 950-ci ilde ise endelüsde (İspaniya) inşa edildi. Avropada ise yalnız uzun iller sonra bele bir fabrik açıldı. 1100-cı ilde Bizansda, 1102-ci ilde Siciliyada, 1228-ci ilde Almaniyada, 1309-cu ilde ise İngilterede ilk kağız fabrikleri fealiyyete başladı. Melum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklerinin qurulması elmin süretle yayılmasını gösterir.
TİBB
• Hekimlerin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb alemini çox yenilikler getiren "el-Qanun” adlı eseri neinki yalnız İslam dünyasında, hem de Avropada esas tibb kitabı sayılmışdır. Kitabın "Tibbin İncili” adını qazanması, 600 il Avropa universitetlerinde ders vesaiti kimi tedris olunması buna en böyük sübutdur. İbn Sina tibb de daxil olmaqla 29 müxtelif elm sahesindeki ixtiraları ile avropalılara nümune olmuşdur.
• Bezi tedqiqatçıların fikrince, İbn Sina kimi qüdretli hekim sayılan Razi (864-925) çiçek ve qızdırma xesteliklerin keşf etmiş ve bu mövzuda ilk defe eser yazmışdır.
• Fateh Sultan Mehmetin terbiyeçisi ve müellimi Ağşemseddin (1389-1459) mikrobu keşf etmişdir.
• Verem mikrobunu Kambur Vesim (vefat 1761) keşf etmişdir.
• İbrahim Cessar (vefat 1009) 1000 il bundan evvel cüzam xesteliyinin yaranma sebeblerini ve müalicesini göstermiş, vebanın yoluxucu olması barede ise ilk defe elmi yolla İbn Xettab (1313-1374) fikir yürütmüşdür.
• Gözle bağlı tedqiqatları ile müselman hekimler esrler boyunca elm dünyasının önderi olmuşlar. Gözdeki retina tebeqesinin funksiyası barede ilk defe melumat veren şexs İbn Rüşd (1126-1198) olmuşdur. 11-ci esrde yaşamış mehşur göz hekimi eli ibn İsanın yazdığı "Tezkire” eseri yüziller boyunca yegane melumat menbeyi sayılmışdır.
• emmar adlı müselman alim ise 9 esr bundan evvel özünemexsus üsulla göz üzerinde uğurlu cerrahiye emeliyyatı aparmışdır.
• eli bin Abbas (vefat 994) müasir cerrahi emeliyyatlara uyğun terzde xerçeng emeliyyatını heyata keçirmiş, onun qeleme aldığı "Kitabul-meliki” adlı tib ensklopediyası günümüz üçün de öz aktuallığını qoruyub saxlamışdır.
• Kiçik qan dövranını Avropa alimlerinden teqriben 300 il evvel İbnün-Nefis (1210-1288) keşf etmiş, İbn Sinanın "Qanun” kitabına yazdığı şerhde bu meselenin inceliklerini göstermişdir.
Müselman şerqinde bu seviyyede elmi işler aparıldığı zaman Avropada hekimi sehrbaz, xestexananı ise şeytan yuvası hesab edir, cerrahi emeliyyat aparmaq isteyen hekimleri teqibe meruz qoyurdular.
İlk xestexana 707-ci ilde emevi xelifesi Valid bin ebdülmelik zamanında teşkil olunmuşdur. Hemin xestexananın bütün xercleri dövlet terefinden ödenilirdi. Qaçmamaları üçün cüzamlı xestelerin hebs edilmeleri emr edilmiş, onlara ve korlara erzaq tesis olunmuşdu.
Hazırladı: Fa'ni
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017