senbe, 21.10.2017, 20:36
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | RAMAZANDA QAZANAN VƏ İTİRƏN | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 

RAMAZANDA QAZANAN VE İTİREN



Şübhesiz ki, hemd Allahadır. Ona hemd edir, Ondan yardım ve bağışlanma dileyirik. Nefslerimizin şerinden ve pis emellerimizden Allaha sığınırıq. Allah kimi hidayete yöneldibse, onu heç kim haq yoldan azdıra bilmez, kimi de haq yolda azdırıbsa, ona hidayet eden olmaz. Şehadet edirem ki, Allahdan başqa ibadete ve itaete layiq haqq mebud yoxdur. O, tekdir ve şeriki yoxdur. Şehadet edirem ki, Muhemmed Onun qulu ve Resuludur. Allah Ona, ailesine ve eshabına xeyir-dua etsin. Ey Allahın qulları! Teqva ile Allahdan layiqince qorxun.
Çünki, teqva, yaxşıların malı ve xeyirli insanların sermayesidir. Ey qardaşlar! Müselmanlara, özel bir şerefi ve deyeri olan böyük bir ay gelmişdir. Allah (s.t) bu ayda kitabını nazil etmiş ve bu ayda oruc tutulmasını ferz qılmışdır. Bu ay, gece namazı qılma ve Quran oxuma ayı, bağışlanma zamanı, sedeqe ve ehsan mövsümüdür. Bu ayda xeyirler bir-birinin ardınca gelir ve bereket her yere yayılır. Peyğember (s.a.s) bele buyurur:"Size Ramazan geldi. O, mübarek bir aydır. Allah bu ayda oruc tutmağınızı ferz etdi. Bu zamanda semanın qapıları açılır, cehennem qapıları bağlanır ve azğın şeytanlar zencirlenir. Onda min aydan daha xeyirli bir gece vardır. Kim o gecenin xeyrinden mehrum olarsa, heqiqetden mehrum olmuşdur.” (en-Nesai.)
Ayların en şereflisini ve Allah (s.t) dergahında en deyerlisini Allah (s.t), qullarının ibadet ve itaet növleri ile yarışdıqları meydan qılmışdır. Ramazan ayı nefslerin temizlenmesi, elaqeleri sarsıdan ve insanlığı zeifleden kinlerden ve qerezlerden temizlenilmesi üçün bir fürsetdir. Günahlarla Ramazanı qarşılayan ata-anasına pislik eden, qohumları ile elaqesini kesen, qardaşlarını terk eden, sözlerinde qeybet (dedi-qodu) ve söz gezdiren Ramazandan nece faydalansın? Peyğember (s.a.s) bele buyurur:”Kim boş sözü ve boş söze emel etmeyi bir kenara qoymasa, onun yemeyini ve içmeyini terk etmesine Allahın ehtiyacı yoxdur.” (el-Buxari.)
Orucun en asan yönü yemek-içmekden uzaq olmaqdır. Keçmiş alimler, oruc tutduqları zaman mescidlerde oturub "orucumuzu qoruyuruq ve insanın qeybetini etmirik” deyirdiler. Bu ayda Reblerine ibadetde ciddi olanlar, Allahın (s.t) evlerinde camaatla namaz qılmaq üçün qollarını çırmalayır, imamla birlikde gece namazı qılır, menasını derk ederek Qurani-Kerimi oxuyur, qonşular ve yaxınlar arasında ehtiyacı olanlara az da olsa, sedeqe verir, iftarlarını açırdılar. Peyğember (s.a.s) bele buyurur: "Kim bir oruc tutana iftar vererse, oruc tutanın ecrinden bir şey eksik olmadan ona da ecr vardır.” (et-Tirmizi). Allahın (s.t) mescidlerinden birinde etiqafa girirler. Etiqaf, Ramazanın son on gününde daha feziletlidir. Ümre yerine yetirilir. Resulullah (s.a.s) bele buyurur: "Ramazandakı ümre hecce beraberdir” (el-Buxari. Muslim.) Bir revayetde ise "menimle birlikde hecc etmeye beraberdir” buyurulur. Zikr, dua ve istiğfar (bağışlanma) çox edirler.
Bu, iftar esnasında daha feziletlidir. Oruc tutan üçün iftar zamanı redd edilmeyecek bir dua vardır. Gecenin son üçde birinde Rebbimiz dünya semasına enerek "kim mene dua edir, duasını qebul edim” buyurur. Ata-anaya daha çox yaxşılıq edirler. Onlara yaxın olub sevgi gösterirler. Heyat yoldaşlarına ve ailelerine doğru istiqamet gösterir, gözel sözler ve gözel davranışla ehsan edirler. Qohumları ziyaret edir, onlardan möhtac olanlara sedeqe verirler. Qonşularına diqqet yetirir, onları ziyaret edir ve hallarını soruşurlar. Yoxsullara ve yetimlere, dullara yardım elini uzadırlar.
Bu, xeyir ayında saleh insanların daim etdiyi verdişdir.
İnsan öz nefsine sahib olduqdan sonra edeceyi en feziletli emellerden biri Allaha (s.t) devet etmesidir. İnsanlar hidayet üçün çalışmalı, exlaqlarını ve davranışlarını düzeltmeye çalışmalıdırlar. "(Xalqı) Allaha teref çağıran, yaxşı iş gören ve:"Men müselmanlardanam!” – deyen kesden daha gözel danışan kim ola biler?!” (Fussilet suresi, 41/33.) Devet geniş sahe, semimi nesihet, doğru söz, elm ve emel, teqva ve exlaq baxımından yaxşı örnekdir.
"Kim hidayete çağırırsa, ona tabe olanların ecrlerinden eksik olmadan hemin insana da verilir.” (Muslim.)
Doğruluq ve hidayet yolunda yükselmek üçün semimi şekilde çalış. Ramazanı, malını haramdan temizleyerek qarşıla. Haram mal, dünyada ve axiretde belalara sebeb olar. Haram mal ile dua qebul edilmez ve sema qapıları açılmaz. elini möhkem tut! Özüne nezer yetir, evine diqqet yetir ve her haram maldan temizlen ki, Allahın (s.t) önünde semimi qelble dayandığın zaman duan eşidilsin. Seher mehlerinde ve tövbe edenlerin iniltileri arasında bezi mehrum insanlar haramlara üz tuturlar. Ramazanı günah mövsümüne çevirirler.
Gözlerini haramlara dikir ve musiqilere qulaq asır, peyk yayınlarını seyr edirler. Bazarlarda ve dükkanlarda müselmanların ayıblarını araşdırırlar. Onların arasında boş toplantıları ve zererli ziyaretleri sevenler de vardır. Vaxtlarını oyun ve eylence ile, zarafat ve qehqehe ile keçirirler. Zamanın qiymetini ve Ramazanın şerefini bilmirler. Nefslerine bedbextlik getirir ve ruhlarına ezab verirler. Meger, ibadetden başqa heç bir şeyde fayda olmadığını, haramla faydalanıldıqda ziyana ve peşmanlığa düşeceklerini bilmirler?
"Her kes Menim öyüd-nesihetimden (Qurandan) üz dönderse, güzeranı daralar (yaxud qebir evinde şiddetli ezaba düçar olar) ve Biz Qiyamet günü onu mehşere kor olaraq getirerik!” (Taha suresi, 20/124) Ey müselmanlar! Ümidsizlik ve çaresizliye qapılmaq şeytanın silahıdır. Şeytan bu silahdan günahkarın öz günahına davam etmesi üçün istifade edir. Qul ne qeder günah ve pis emel sahibi olsa da, İslamda Allahın (s.t) rehmetinden ümid kesmek yoxdur. Tövbe, özünden evvelkileri yox edir, peşmanlıq özünden evvel edilenleri siler. Kim günahına davam edirse, bilsin ki, Ramazan tövbe ve peşmançılıq mövsümüdür. Bu zaman şeytanlar çaresiz qalmış, ve nefsin inadı qırılmışdır. Allah (s.t) bele buyurur:"(Ya Peyğember! Menim adımdan qullarıma) de:"Ey Menim (günah töretmekle) özlerine zülm etmekde heddi aşmış bendelerim! Allahın rehminden ümidsiz olmayın. Allah (tövbe etdikde) bütün günahları bağışlayar. Heqiqeten, O bağışlayandır, rehm edendir!” (ez-Zumer suresi, 39/53.)
Qüdsi bir hedisde bele buyurulur:"Ey Ademoğlu! Sen mene dua edib, bağışlamağıma ümid etdikce, Men senden ne günah olsa bağışlayaram. Ey Ademoğlu! Senin günahın semadakı buludlar qeder olsa, sonra mene dönüb bağışlanma dilesen, yene de seni bağışlayaram. Ey Ademoğlu! Mene yer dolusu sehvle gelsen, sonda heç bir şerik qoşmadan mene qovuşsan, seni yer dolusu meğfiretimle qarşılarım.” (et-Tirmizi.)
Bağışlanmağa sebeb olan en böyük amillerden biri de qulun bir günah etdiyi zaman bağışlanmasını ReBB`inden başqasından gözlememesidir. Loğman (radiyallahu anhu) oğluna bele deyir: "Ey oğlum! Dilini "Ey Allahım! Meni bağışla” demeye alışdır. Çünki, Allahın dileyenin duasını redd etmediyi bezi vaxtlar vardır.” Tövbenin qebul edilmesinin elametlerinden biri de keçmiş günahlar üçün ağlamaq, günaha düşmekden qorxmaq, pis dostları terk etmek ve yaxşı insanlarla birlikde olmaqdır. Bu ayda, Allahın (s.t) bağışlanmasını dileyerek tövbe eden insanlar vardır.
Onlardan biri ol! Ramazanın, tövbe ve peşmanlığın başlanğıcı olması ne gözeldir! Ramazanda Allaha (Subhanahu va Taala) dönen çox insan vardır! Sehvlerine göre peşmanlıq duyan ve günahlarının bağışlanmasını dileyen ne çox insan var!Ey müselman qadın!.. Bu mübarek ayda nur menbeyi ve hidayet meşeli ol! Feziletleri qoru ve rezilliklerden uzaq ol! Dininle qürur duy ve şerefinle öyün! Namusunu qoru! Menfi düşüncelere ve çirkin sözlere qulaq asma! Örtük ve heyanı bir kenara atmağa, qadınlıq xüsusiyyetlerini ve utanma hissini atan exlaqsız, kafir qadınları teqlid etmeye çağıranları dinleme! Bu deyerli günlerde şeytanın hiylesine tabe olmaqdan, açıq-saçıqlıqdan çekin! Pis dostlardan uzaqlaş. Qadının yeri evidir. Allahın (s.t) en xoşlamadığı mekanlar bazarlardır. Allahın (s.t) ezabla qarşılıq vermesi çox pisdir. Qadının üzerinden örtüyü götürülse, o rezil olar. Dinle bezen ve örtük gözelliyi ile gözelleş! Ömür qısadır. Yeniden diriliş de insan üçün mümkün deyil.Qovulmuş şeytandan Allaha (s.t) sığınıram. "İnsanlara doğru yolu gösteren, bu yolu açıq delilleri ile aydınlaşdıran ve (haqqı batilden) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişen şexsler (bu ayı) oruc tutmalıdırlar; xeste ve ya seferde olanlar ise tutmadığı günlerin sayı qeder başqa günlerde tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük ister ki, fövte geden günlerin orucunu tamamlayasınız ve sizi düz yola yöneltmesine göre Ona ("Allahu ekber” demekle) te’zim ve şükür edesiniz.” (el-Beqere suresi, 2/185.) Allah meni ve sizleri böyük Quran ile mübarek qılsın. Ehsanı üçün Allaha hemd olsun.
Müveffeq qılması ve nemetlendirmesi sebebile Ona şükürler olsun. Allahdan başqa ibadete ve itaete layiq haqq mebud olmadığına şehadet edirem. O, tekdir ve şeriki yoxdur, şeni ucadır. Şehadet edirem ki, peyğemberimiz Muhemmed Onun qulu ve Resuludur. Allah Ona, ailesine ve eshabına xeyir-dua etsin. Ey müselmanlar!.. Sevincleri ve hüznleri ile dünya sona çatacaq. Uzun ve qısası ile ömürler bitecek. İnsanlar, sen de aralarında olduğun halda, Rebblerine dönecek. Ramazanı sebirsizlikle gözleyerken, eceli gelen ne çox insan vardır! Ramazanda çoxlu saleh emel işle!
Uzun bir müddetden sonra yene de Ramazan geldi. Ramazanda Allahla (s.t) parlaq bir sehife aç! Unutduğun ve Allahdan (s.t) uzaq olduğun keçmişine bir perde çek! Her cür günahdan, qüsur ve xetadan tövbe ederek, merhemet sahibi ve tövbeleri qebul eden Allaha dön! Xeyir mövsümlerini, saleh emel ile ve keçmiş günahlardan tövbe ederek deyerlendirmek, Allahın (s.t) ibadet edenlere keçmişde pis emellerinin düzeldilmesi ve insanın etdiyi xetaların cezasının bağışlanması üçün verdiyi bir fürsetdir.Bilin ki, Allah sizlere Peyğemberine xeyir-dua etmeyinizi emr etmişdir. Bele buyurur:"Heqiqeten, Allah ve Onun melekleri Peyğembere salavat gönderirler (xeyir-dua verirler). Ey iman getirenler! Siz de ona salavat gönderib (onun üçün salavat deyib) layiqince salamlayın!” (el-ehzab suresi, 33/56.)
Azerislam.com

Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017