bazar, 17.12.2017, 14:55
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | RAMAZANIMIZ HƏDƏR GETMƏSİN | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
a
 
Birimiz hekime getsek, müeyyen xestelikden ve ya ağrıdan şikayet etsek, çox güman ki, hekim evvel bizi muayine edib, sonra diaqnoz qoyacaq. Tam olaraq xesteliyimizin sebebini aydınlaşdırmaq isteyecek. Ondan sonra ise münasib bildiyi dermanı ve müalice üsulunu yazacaq. Tebii ki, yazdığı dermanların da qebuledilme üslubunu başa salmağı unutmayacaq. Meselen, bu dermanı yemekden sonra, bu dermanı yemekden yarım saat evvel, bu dermanı günde 3 defe, bu dermanı günde bir defe, filan dermanı yatmamışdan önce ve s. Dermanları mütleq tövsiye etdiyi formada ve vaxtda deqiqlikle qebul etmeyi berk-berk tapşırdıqdan neçe gün sonra ona tekrar müraciet etmeyimizi gözleyecek.
Vesf olunmuş müalice müddeti biter-bitmez xeste hekimin yanına gelerken sizce, hekimin ilk sualı ne ola biler?! Yeqin ki, "İndi necesen, yaxşılaşmısanmı? Yaxşı olubmu sehhetin? Deyişilibmi?” – olacaqdır. Ardınca da dermanları tam deqiq yazdığı formada ve vaxtlarda qebul edib-etmediyini bir daha deqiqleşdirecekdir. elbette ilk sual xestenin yaxşılaşması ve sağalması haqqında olmalıdır. Çünki ele esas hedef de budur, dermanlar ise hedefe ve meqsede çatmaq üçün sadece bir vasitedir.
Bu cür adi ve sade bir prosedurda heç kim mübahise ve ixtilaf etmese de çox teessüf ki, ibadetlere geldikde iş tamamile başqa mecraya yönelir ve bu meselede heç bir ittifaqa gele bilmirik. O ibadetler ki, bizim daxilimizi, exlaqımızı ve meneviyyatımızı yaxşılaşdırmaq ve dürüstleşdirmek üçündür.
Qayemiz, yaradılışımızın sebebi, meqsedi...
Allah-Teala bizi yaradıb Yer üzünde yerleşdirib ki, böyük bir mesuliyyeti heyata keçirek, mebudumuz olana itaet edek, tam olaraq Ona teslim olaq, onun emrlerine tabe olaq, yalnız Ondan isteyek, yalnız Ona güvenek, tevekkül edek, yalnız ve sırf Onun rizası üçün iş görek, Onu sevek, Onu üstün tutaq, Onu razı salaq, bir sözle ibadetle meşğul olaq. Bunların olması da qelbimizin diri qalması, qelbimizin heyatı ve onun dünya sevgisinden, nefsin tezyiqinden qurtulması üçündür.
Qelbimizin heyatı ve diri qalması, Mebuduna tam tabe ola bilmesi üçün de Allah-Teala bizleri doğru vasitelere yönlendirmişdir. Allah-Teala Qurani-Kerimde bize emr ederek buyurur ki; "Ey insanlar! Sizi ve sizden evvelkileri yaratmış Rebbinize ibadet edin ki, mütteqi olasınız! (Allahdan qorxub pis emellerden çekinesiniz!)” (el-Beqere, 21). Pis emellerden çekinerek, temamile Rebbimizin emrlerine tabe olmaq üçün ibadet etmeliyik. Müxtelif cür ibadetler neye gerekdir, ne deyerleri var?!
Namaz - "Heqiqeten, namaz (insanı) çirkin ve pis emellerden çekindirer.” (el-enkebut, 45)
Zekat, sedeqe - "Onların mallarından sedeqe (zekat) al. Bununla onları temizlemiş, pak etmiş (mallarına bereket vermiş, emellerinin savabını artırmış) olarsan.” (et-Tövbe, 103)
Zikr – "Bilin ki, qelbler ancaq Allahı zikr etmekle rahatlıq tapır.” (er-Rad, 28)
Oruc – "Ey iman getirenler! Sizden evvelkilere vacib edildiyi kimi, size de oruc tutmaq vacib edildi ki, belke (pis emellerden) çekinesiniz.” (el-Beqere, 183)
Her ne cür ibadet olur-olsun, ona bizi Allah yönlendiribse, O bize buyurubsa, o ibadet növü bir vasitedir, hansı ki, bizi öne aparacaq, Allaha teref çekecek ve Ona yaxınlaşdıracaq. Bununla da biz yaradılışımızın hedefinde duran qayeni heyata keçirmiş olarıq. Etdiyimiz ibadetlerin her bir hereketi bele Allaha yaxınlaşmaq üçün bir vasitedir. "Secde et ve (Allaha) yaxınlaş!” (el-eleq, 19).

Allaha sanki Onu görürsenmiş kimi ibadet et!
Bes bu cür ede bilmedikde ne olur ki?! İbadetin özeyi itir. İbadete bu cür yaxınlaşmadıqda ibadetin yalnız şekli qalır, hedef o olur ki, ne cür olur-olsun bu ibadet yerine yetirilsin, eda olunsun. İbadetin esas meyvesi ve meqsedi ise qeybe çekilir, tesiri görsenmir. Onda bende heç Allaha yaxınlaşa da bilmir, Ona doğru geden yolda yarışanların sırasında bele yer tutmur. Ne imanından hezz ala, ne ibadetinin şirinliyini hiss ede bilir, ne de öz xasiyyet ve exlaqında deyişiklik müşahide olunur. Bu cür hallar bezen ele tehlükeli olur ki, qarşındakı insanın ikili şexsiyyetini anlamaqda çetinlik çekirsen. Bir de görürsen ki, çox namaz qılan, hemişe mescide gedib-gelen, oruc tutan, hecce geden insan emanete xeyanet edir. Dünya malına ve lezzetine ele bağlı olur ki, insanlarla pis reftar edir, yalan danışır ve hamıya hesed aparır. Şexsiyyetinin bu cür menfi elametleri neye delaletdir?! Etdiyi ibadetlerin ona bir faydası olubmu, heç imanı sağlamdırmı, doğru ve dürüst bir netice, ya tesir edibmi onun qelbine?! Bele yerde Peyğemberin (s.a.s) sözünü xatırlamamaq mümkün deyil; "Oruc tutan var ki, tutduğu orucdan ona çatan ac-susuz qalmağıdır, ele namaz qılan var ki, ona edasından çatan yalnız yorğunluq ve eziyyetidir.”
İbadetimizin ne özü, ne eda forması, ne şekli ne de etdiyimiz xeyir emellerin materialları Allah üçün maraqlıdır?! "Onların ne eti, ne de qanı, Allaha çatmaz. Ona yalnız sizin teqvanız çatar.” (el-Hecc, 37)
İbn Abbas demişdir ki; "Tefekkürle qılınan 2 rüket qenaetcil namaz, bütün geceni tefekkürsüz qiyamda keçirmekden xeyirlidir.”

Allaha yaxınlaşmaq qelblerle mümkündür!
Baxaq biz müselmanların indiki halına, hal-hazırki veziyyetine!
İbadetlerin bir tesiri hiss olunurmu?!
İbadet edenlerin sayına baxaq, günden-güne çoxalır, din-imana gelirler. Lakin oruc tutan, sedeqe veren, hecce gedenlerin sayı artsa da, neticesini göre bilmirik. Namaz qılan bir bende üçün, öz menfeetini elden vermemesi namine yalan danışmaq nece de ucuzlaşıb. Her gün Quran oxuyan, Quran ezberleyen, Quran elmini alan adama baxırsan, exlaqında zerre qeder de Quranın diqte etdiyi exlaq ve reftardan bir şey görsenmir.
Quran oxumaq, onu tilavet etmek ezemetli bir ibadetdir. Bu ibadet qelblere heyat bexş edir, nurlandırır, şefa verir, sağaldır. İndiki günümüzde ise Quran araşdırılmadan, derk edilmeden, menasına girişmeden sadece dille teleffüz olunan sözlere çevrilmişdir. Qayemiz o olub ki, Fatiheden xetme qeder en qısa zamanda tilaveti nece bitirek. Çoxları da bunu etmenin sebebi olaraq Peyğemberimizden (s.a.s) bu hedisi sitat getirirler; "Kim Allahın kitabından bir herf oxuyarsa, ona 10 hesenet (savab) yazılar...”
Bes Allah-Tealanın bize buyurduğu?! "(Bu) mübarek Kitabı, (insanların) onun ayelerini düşünüb anlaması ve ağıl sahiblerinin de ondan ibret götürmesi üçün sene nazil etdik.” (Sad, 29)
"Meger onlar Quran haqqında düşünmürlermi? Yoxsa qelbleri qıfıllıdır?” (Muhammed, 24)
İbn Habban revayet edir ki, bir gün Resulullah (s.a.s) görür ki, bir deste sehabe Quran oxuyur, onlara müraciet edib bele deyir; "Allaha hemd olsun ki, Onun bir tek kitabı var. Sizlerin arasında xeyrxahlarınız var, sizlerden qaraderili ve qırmızı deriler de var, Quranı oxuyun! Oxuyun, çünki qövmler gelecek ki, onu (Quranı) oxuyacaqlar, herflerini oxda yay tutan kimi deqiq tutacaqlar amma boğazlarından aşağı keçmeyecek, (Quranın tilavet) savabına telesecekler amma onu (Quranı) temkinle oxumayacaqlar.”
Peyğemberimizden (s.a.s) revayet olunan hedislerin birinde de bele buyurulmuşdur; "Sizden biriniz gecenin bir hissesinde oyanıb, başa düşmediyi dilde Quranı oxuyar ve ne dediyini anlamazsa, yaxşısı budur ki, getsin yatsın.” (Sahih el-Cami es-Sağir 717)
İbn Hibbandan başqa bir hedis de revayet olunur ki; "Ali İmran suresinin bu ayesi nazil olanda "Göylerin ve yerin yaradılışında, gece ve gündüzün ixtilafında ağıl sahibleri üçün ayeler (işareler ve möcüzeler) vardır.” Resulullah (s.a.s) bele dedi ki, Vay olsun bu ayeleri oxuyub tefekkür etmeyenin halına!"
Abdullah ibn Mesud demişdir ki; Quranı şeir kimi oxumayın...
eli bin ebu Talib buyurub ki; Bir oxunuşda ki düşünme yoxdur, onda xeyir de yoxdur!
Bu, o demek deyil ki, Qurani-Kerimin tilavetini azaltmaq lazımdır, esas mesele ibadetin gözel ve tam şekilde yerine yetirilmesidir. Ürekden ve qelbden gelmeyen, ürekde yer tutmayan, üreye tesir etmeyen, xeyre doğru deyişdirmeyen ibadetin ne menası var ki?!

Qelb hiss etmelidir...
İbadetler qelbin diri qalması üçün müxtelif vasitelerdir. Temiz, doğru, düzgün, dürüst, gözel ve sağlam ibadet üreye heyat ve heyat dolusu rahatlıq bexş ede biler. Bunun xaricinde olan ibadet ise şekil, forma, ritual ve ya adet kimi qalır. Çox güman ki, bele ibadet edenin de daxili deyil, xarici görünüşü ferqlenir.
Namaz qılarken en önemli olan qelbin hiss etmesi, qarşısında durulanın ezemetini derk ederek titremesi, oxunulan ayeleri tefekkür etmesi, rükü ve secdelerde temkinli olması ve tam özünü namaza hesr etmesidir.
Hemçinin zikr etmek de, Allahı anmaq, günah ve teqsirleri xatırlayaraq xecalet ve peşmançılıq çekmek, bağışlanma dilemek, meğfirete ehtiyac duymaq, merhemet istemek, Onun ezemetini ve şenini terif etmek ve qelbi bu zikrlerde eritmekdir.
Buna uyğunlaşdıraraq oruc, sedeqe, yardım etmek, iftar vermek ve saire kimi bütün xeyir emelleri bu cür etmek gerekdir.
Ramazan ayı..!
Bu fürsetden layiqince istifade edek!
Allah bizi şekil ve formadan başqa heç bir şey deyişmeyen ibadetlerden qorusun!
İbadetler exlaqımızı, nefslerimizi, fikir ve düşüncelerimizi, halımızı ve veziyyetimiz, emel ve reftarlarımızı müsbete doğru deyişdirsin!
Allah bize ele bir ibadet nesib etsin ki, onun heqiqi hikmet ve meqsedlerine nail ola bilek!
Amin!
Hazırladı: Şahmar Kerimov / Azerislam.com
Поиск
Календарь
«  dekabr 2017  »
bzcaccucumesenbaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017