bazar, 17.12.2017, 14:55
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | ŞƏVVAL AYI | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
 
ŞEVVAL AYI

Peyğemberimiz (sallallahu aleyhi ve sellem) Ramazan ayı orucundan sonra Şevval ayında da orucu davam etdirerek, 6 gün oruc tutmağımızı buyurmuşdur. Bu oruc barede meşhur hedis revayetçileri Muslim, ebu Davud, et-Tirmizi ve İbn Mace, ebu eyyub el-ensariden revayet edirler ki, Resulullah (sallallahu aleyhi ve sellem) bele demişdir; "Kim Ramazan ayını oruc tutarsa, sonra ardınca Şevvaldan altı gün oruc tutarsa, sanki il boyu (ömür boyu) oruc tutmuş sayılar.”
Bu hedisin erebcesinde "dehr” sözü keçir, hansı ki, bütün ili oruc tutmuş menasına gelir. Amma "dehr” sözü hemçinin vaxt, zaman, ömür menasına da gelir. Beleki, her il Ramazan ayı orucunu tutub, sonra Şevvaldan 6 gün davam etmekle, bütün illeri orucla keçirmiş kimi sayılır, bu da sanki bir ömür oruc demekdir.
Hansı günleri ve nece tutmaq lazımdır sualın geldikde ise, bu mesele hemiş sual obyekti olmuşdur. Beleki - 6 günü hemen bayram gününden sonra başlayaraqmı tutmaq gerekdir, yoxsa Şevval ayı boyunca tutmaq olar, yaxud 6 günü ardı-ardınamı tutmalı yoxsa ara vererek de tutmaq olar – kimi suallar ortaya çıxmışdır. Bu mesele barede alimlerin reyleri müxtelifdir, bir sıra alimler ise hedisde sadece 6 gün oruc tutmaq barede buyurulduğu üçün bunu mehdudlaşdırmamağı ireli sürmüşler. Demeli, Şevval ayı müddetince ister evveli, ister axırı, ister ardı-ardına, isterse de intervalla, ay bitmemiş 6 gün oruc tutmaq Peyğemberimizin (sallallahu aleyhi ve sellem) buyuruğuna emel etmekdir.
Şevval ayındakı oruc sünnetdir, o da nafile ve sünnet namazlarının ferz namazlarını tamamladığı kimi ferz olan Ramazan orucunu tamamlayır, eskik ve sehvleri qapayır. Yalnız Şevval ayındakı oruc deyil, bundan elave başqa günlerin orucları da var ki, Peyğemberimiz (sallallahu aleyhi ve sellem) bize tövsiye etmişdir. Buna misal olaraq, Aşura günü, Haram ayları, Zilhiccenin ilk 10 günü, her ayın ortasından 3 gün ve saire orucları getirmek olar.
Şevval ayında 6 gün orucu bitire bilmeyenler onun qezasını tutmaq mecburiyyetinde deyiller. Çünki bu aydakı oruc sünnetdir. Tuta bilmeyenin üzürlü sebebi varsa, inşallah Allah onun niyyetine göre savabını esirgemez.
Ramazan ayını tam olaraq oruc tuta bilmeyib bir neçe günü qeza edecek olanlarda ise bele bir sual yaranır ki; Bes men Şevval ayının 6 gün orucunu evvel tutum sonra qezaları, yoxsa qezaları tutandan sonra?
Hedisi şerh eden islam alimleri bu meseleye bele aydınlıq getirirler; "Hedisde, Ramazan ayının orucunu tutun deyilmişdir. Qezaları olan adam ise, Ramazan ayını tam tutmamışdır, tamamlamadığına göre de Şevval ayının 6 gününü tutmamalıdır. Hem de, Ramazan ayı orucu ferzdir, Şevval ayı orucu ise sünnetdir, bu meqamda ferz birinci olmalıdır. Demeli Ramazan ayının qeza orucları evvel tutulmalıdır.”

Allah teala bize daim xeyirxah emeller müveffeq etsin!
Allah bizi haqq yolunda sabitqedem ve ibadetlerde davamlı etsin!
Hazırladı: Şahmar Kerimov
Поиск
Календарь
«  dekabr 2017  »
bzcaccucumesenbaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017