senbe, 21.10.2017, 20:36
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | ŞƏXSİYYƏTLİ AİLƏYƏ DOĞRU | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
ŞEXSİYYETLİ AİLEYE DOĞRU
1-ci yazı
Sağlam bir aile qurmaq isteyirsinizse, er-arvad münasibetini sağlam bir zemine oturtmalısınız. Sağlam bir ailenin temeli er-arvad arasındakı semimi münasibetle mümkündür. Uşaqların inkişafı üçün lazım olan münbit şerait yalnız bele bir ailede ortaya çıxar. Bele bir aile iddiasında olan tereflerin tabe olmalı ilk qanun biri-birilerini deyerli görmek ve qebul etmek, eyni zamanda dialoq ve tesiretme kanallarını hemişe açıq saxlamaqdır.
Öz prinsip ve ehtiyaclarınızla ailenin prinsip ve ehtiyacları arasında düzgün bir tarazlıq qurun. Ne şexsiyyetinizi aileye feda edin, ne de ailenin zedeleyecek qeder eqonuzu üstün tutun. Bunun üçün de:
a) Uzun müddetli ve davamlı olan xoşbextliyinizi, qısamüddetli ve keçici xoşbextliye qurban etmeyin.
b) Aileni emele getiren ferdler olaraq öz hereket, davranış ve düşüncelerinizden yalnız özünüzü mesuliyyetli bilin.
c) Aile içerisinde doğru bildiklerinizi doğru bir üsulla ve doğru zamanda söyleyin.
d) Ailenizdeki menevi atmosferi zenginleşdirmeyi özünüzün şexsi istek ve arzularınızdan önde tutun. Bunu ede bilseniz, qısa müddet erzinde ailenizdeki daxili hüzuru ve dincliyi bütün aile ferdlerinin hiss etdiyinin şahidi olacaqsınız.
Ailedeki qadın ve kişi arasındakı münasibetler insanlar arası münasibetlerden en çox zenginleşe bilenidir. Başqa heç bir münasibet bu qeder zengin, qol-budaqlı ola bilmez. Evliliklerinizi test etmeniz ve daha diqqetle yeniden gözden keçirerek qurduğunuz elaqedeki zenginliyi ölçe bilmeniz üçün tesbit etdiyim bu on maddeye diqqet edin. Evli cütlükler bu elaqelerin hansını gerçekleşdirib, hansını gerçekleşdirmediklerini öyrenerek eksiklerini tamamlaya bilerler.
Evli cütlükler arasındakı elaqeler aşağıdakı on maddeye qeder zenginleşdirile biler.
a) İnsan-insan elaqesi: Bu münasibet forması her insan üçün olduğu kimi aile ferdleri arasında da en temel münasibetdir. Bir çox ailelerde evliliklerinin üzerinden iller keçmesine baxmayaraq bu temelin hele de olmadığı müşahide olunur. Evli cütlükler her şeyden evvel ayrı-ayrılıqda insandırlar. Bu temel prinsip heç unudulmamalıdır. Evlenmek insanı insanlığına yadlaşdırmaq deyildir. Yadlara qarşı gösterilen en gözel münasibeti ve nezaket qaydalarını insan önce öz heyat yoldaşına göstermelidir.
b) Din qardaşlığı elaqesi: Evlilik din qardaşlığını inkar eden bir bağlılıq deyildir. Nigah ehdinin eksine olan motivlerden qeyri müselmanın müselmana etmesi qadağan olan şeyler eyni dini daşıyan evliler arasında da keçerlidir. Zülme engel olmaq, yaxşılığı emr etmek, pisliklerden çekindirmek, iftira etmemek, lağlağı etmemek, aşağılamamaq, sevgi ve şefqet göstermek, xoşluqla başa salmaq ve s. bu kimi şeyler.
c) Sevgili elaqesi: Sevgi evlilik binasının sanki yapışdırıcı maddesi kimidir. Bu münasibeti qura bilmeyen evliler zorla birge yaşamaqdadırlar. Sevgisiz aile quran insanlar adeten bir müddet sonra biri-birilerinin üreyine yük olmağa, "birge yaşamağa mecburuq” fikrine gelmeye başlayarlar. Aile prinsiplerine qarşı olan zövqperestlerin elinde şüar olan bu cür evlilikler "evlilik eşqi öldürür” demekçün gözel behanedir. eger sağlam bir heyat yoldaşı seçilib sağlam bir aile qurularsa, evlilik eşqi öldürmez, eksine "ölümsüzleşdirer”.
d) Bedeni-cinsi elaqe: Başqa heç bir elaqeni er-arvad elaqesi qeder zenginleşdirmeyen bir elaqe formasıdır. Bir evlilikdeki sağlam cinsel heyat evliler arasında xoşbextliyin hediyyesidir. Sağlam bir cinsi heyat yaşanmayan ailelerde narahatlıq ve hüzursuzluq qaçınılmazdır. Bu maddeye önem verilmedikde ortaya çıxan narahatlığın sebebi bezen gizledilir, ya da başqa behanelerle ört-basdır edilir. Yanlış bir din ve ters bir exlaq anlayışı verilerek rahib ve rahibeleşdirilen qadın ve kişiler evlendikden sonra en tebii elaqe forması olan bu münasibeti qurmaqda xeyli çetinliklerle üzleşerler.
e) Qohumluq elaqesi: Bu, qan ve nesil yaxınlığı elaqesidir. Evliliyin ortaq meyvesi olan övladlar bu elaqe formasının imzasıdırlar. er-arvad hem de biri-birileri üçün uşaqlarının ana-atasıdırlar. Torpaq toxumla birleşib sarmaş-dolaş olaraq uşaq biçiminde meyveye döndüyü kimi sanki iki ayrı varlıq uşaqlarda bire döner.
f) Dostluq elaqesi: Evliliyi qanadlandıran ve zenginleşdiren bir elaqe formasıdır. Her kes er-arvad ola biler, ancaq her er-arvad biri-birlerinin dostu ola bilmez. Bunu bacara bilen evliler demek ki, evliliklerini taclandırmağın yolunu tapmışlar. Aile içerisinde bu bu terz elaqenin qurulması evliliyin standartların üzerinde olmasını sübut edir. Hz.Xedice (r.a.) ile Hz. Peyğember (s.a.s) arasındakı münasibetde bu zenginliyin şahidi oluruq.
g) Yoldaşlıq elaqesi: Evli cütlükler biri-birileri üçün yoldaşlıq baxımından üç hal üzre deyerlendirilirler:
1. Xestelik kimidirler; bu halda onların yoldaşlıqları mecburidir.
2. Derman kimidirler; bu zaman er-arvad bir-birilerine yalnız lazım olandan-olana sığınar, esl yoldaş olarlar.
3. Qida kimidirler; bu cür elaqe forması yoldaşlıq elaqesinin en geniş yayılmışıdır. Bu zaman evli cütlükler hemişe biri-birilerini destekleyer. Heç zaman biri-birilerinin üreklerine yük olmazlar.
h) Sirdaşlıq elaqesi: Bu elaqe insanı yalnızlıqdan qurtarıb ona sirrini paylaşacaq birini tapmanın daxili sevincini qazandırır. Her er-arvad biri-birilerinin sirdaşı olmadıqda ailenin çölünden özlerine hemfikir ve sirdaş axtararlar. Bu da çox zaman aile sirlerinin dil-ağıza düşmesine ve sonunda ailenin dağılmasına sebeb olar. Sirlerini paylaşa bilmeyen er-arvad daha nelerini paylaşa biler ki?
i) Yolçuluq elaqesi: Bu, eyni amal uğrunda mübarize aparan evli ciftlerin qurduğu elaqe növüdür. Bele aileler içerisinde duyğu, düşünce birliyi müşahide olunar. Bu ailelerde böyüyen uşaqlar da ideologiya sahibi bir ferd kimi yetişerler.
j) Qeder birliyi elaqesi: Bu aile ferdlerinin eyni aqibeti istemeleri, eyni istiqamete yelken açmaları anlamına geler. Qeder birliyi münasibeti dünya heyatı ile serhedlenmeyib daha irelini – axireti bele biri-birile paylaşmağı göze alan evlilerin qura bildiyi elaqedir.
(ardı var)
Tercüme: Fa`ni/ Azerislam.com
Menbe: Mustafa İslamoğu "Tövsiyyeler-2” kitabından seçmeler.
Поиск
Календарь
«  oktyabr 2017  »
bzcaccucumesenbaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017