bazar, 17.12.2017, 14:58
Приветствую Вас Гость | RSS
Мой сайт
Главная | UNUDULMAYAN QADINLAR | Регистрация | Вход
Меню сайта
Категории раздела
14 Mesum [0]Mersiyeler [0]
Roizeler [0]Moizeler [0]
Resimler [0]Video [0]
Islerimiz [1]Hedisler [0]
Quran [0]Dualar [0]
Sehabeler [0]Hicab [0]
Firuddin [0]Usulliddin [0]
Alimler [0]3D Mekanlar [0]
Meqaleler [0]Proqramlar [0]
Islamda Aile [0]
Наш опрос
Namaz qilirsiniz?
Всего ответов: 49
Статистика

Online 1
Offline 1
Istifadeic 0
Форма входа
Nik:
Parol:
Yadda saxla 
UNUDULMAYAN QADINLAR
 

Kişilerin müxtelifliyine ve ferqliliyine baxmayaraq bütün kişilerin yaddaşında hekk olunan ve unuda bilmedikleri bir qadın sureti vardır – "Heyat ve ömür yoldaşı”. Her bir kişi her hansı bir qadını heyatının yoldaşı kimi gördüse, tesevvür etdise, düşündüse artıq onu unuda bilmir.
O qadın ki, kişinin heyatının bütün anlarında iştirak edir, her şeyde diqqetli olur, onun heyatının, sevincinin, kederinin, fikirlerinin, isteklerinin ve her şeyin inceliklerini hiss edir, o qadın unudulmur. O qadın hadiseleri sadece kenardan müşahide etmir, o özünü, baş vermiş her şeyin içinde yaşamış kimi hiss edir. O qadın kişiye hiss etdire bilir ki, o mehz kişinin xüsusi alemine, yalnız ve yalnız o kişiye aiddir, ona mexsusdur. O qadını kişi unuda bilmir, çünki o qadın bu kişinin heyatının bütün xatirelerine bağlıdır.
eziyyetlere qatlanan, ağrılara sebr eden, baş veren hadiselerde hemişe kişiyle yan-yana iştirak eden ve her cür tezyiqlere tehemmül eden qadını kişiler unuda bilmirler. Hetta kişiler ağır anlarında ve çetinliklerin en yüksek tezyiqinde o qadınlara yönelmekde rahatlıq tapırlar. Çünki o qadınla ne keder, ne qem, ne de qüsse qalır. O qadın ne vaxt, harda ve nece olacağını bilir. Lazım olan kelmeni gerekdirse ezizlemekle, gerekdirse hövseleyle, gerekdirse mehebbetle ve gerekdirse sert söyler, amma hikmetli addım atar. Bu qadını kişi unuda bilermi?!
Kişi xoş hisslerini, duyğularını ve lezzetli anlarını qadınla bir yerde keçirmek isteyir ve mütleq görmek isteyir ki, qadın mehz onunla neşelenir, onunla xoşlanır. en xırda ve deqiq işlerde, en kiçik münasibetlerde bele onlar ikisi de xoş duyğular keçirirler. Onların heyatı sanki bitmeyen lezzetler ve xoş sürprizler serialından ibaret olur. Kişi bundan memnunluq duyur ve razılıq hissi keçirir. Qadın, onsuz heyatının menasını itirdiyini ona hiss etdirir. Bu cür qadın heyatın bütün anlarını gözel ve xoş xatire kimi qeyd edir, kişi ise o qadını unutmaqda çetinlik çekir.
Ağıllı qadın onunla yaşayan kişini yaxşı tanıyır, onunla nece reftar edeceyini ela bilir. Anlayır ki, her bir kişinin özünemexsus ferqli tebieti, xasiyyeti, derrakesi ve düşüncesi var. Mehz bunlara esasen o qadın hemin kişiyle nece danışacağını, o kişiye nece yanaşacağını, ne isteyeceyini, ne vaxt isteyeceyini, ne vaxt susub, ne vaxt dinleyib ve nevaxt söz deyeceyini yaxşı başa düşür. Hetta bundan elave o qadın, kişisinin nece öne getmeyini, nece irelileyib inkişaf etmeyini de bacarır ve ona yardım edir. Çünki o qadın kişisinin içinde ve qelbinde bir inam ve arxayınlıq yarada bilir. Bu qadın heyatın yoldaşı, sirdaşı ve ömrün bir parçasıdır. Bu qadın unudulmur.
Unudulmaz tanınan ve yaddaşlarda qalan qadın öz qadınlığını düzgün biruze vermeyi bacarır. Kişisiyle olduqda öz qadınlığını hiss etdirmekle beraber kişiye de öz kişiliyini hiss etdirmeyi bacarır. Qadınlıq işvesini artırdıqca kişi de öz kişiliyini hiss ederek ferehlenir, memnun olur, amma qadın açıq-aydın qadınlıq nazı gösterdiyini bildirmir, cilvesini biruze vermir. Heqiqi qadınlıq obrazını kişi yalnız hiss ede bilir, onu açıq-aydın qadında görmür. Qadın öz danışığı, öz sözleri, öz ses tonu, öz hereketi ve paltarları ile öz kişisinin diqqetini hemişe ve her zaman özüne yöneltmeyi bacarır. Bu qadını kişi sevir, qadınlığını sevir, inceliyini sevir ve heç cür unuda bilmir.
Daxili gözelliyi, istiqanlığı, mülayimliyi, güzeşte getmek bacarığı, sakitliyi ve sabit şexsiyyeti olan, bir sözle bütün tikanlar arasında gül kimi qala ve çiçek teravetini qoruya bilen qadın kişinin heyatının esas hissesi olur, unudulmayan, qelbinde ve yaddaşında xüsusi yer tutaraq qalır. Çünki yola getmeyi ve güzeşt etmeyi bacaran qadını kişi çox sevir. O qadın özünü başqa cür göstermeye çalışmır, kişisinin xoşuna geden halda olmağa çalışır, kişisini her mövzuda sıxmır, narazılığını çox bildirmir. Heyat kitabını açıq buraxır, kişi ise o qadına bütün olanları deyir, heç bir şeyi gizli saxlamır. Bu xüsusiyyet qadında, gözellikden de üstün tutulur.
Eyni zamanda o unudulmaz qadın, öz hissleri ve coşub-daşan duyğuları ile de ferqlenir. O öz hissleri ile kişisine o qeder yaxın ve o qeder eziz ola bilir ki, kişi qadınında istediyi bütün qadın obrazlarını ve hisslerini tapa bilir. O qadın sadece xanımı ve sevgilisi deyil, ehtiyac duyulan zaman anası da ola bilir. eslinde kişi böyük uşaqdır, sadece bu böyük uşağın ehtiyacları ve telebleri balaca uşaqdakından ferqli ve kemiyyetce çoxdur. Kişi qadınındakı bütün duyğuları hiss etmek isteyir. O qadın kişinin daxilinde, heyatında ele bir iz, ele bir eser buraxır ki, onun mövcudluğu daim hemin kişinin beyninde, gözünün önünde ve dilinde qalır. Sanki o qadının hemişe, bacardığı her şeye hazır olduğunu ve bacardığı her şeyi vere bileceyini hiss edir. Qadın ise verdiyi heç bir şeyin ne qarşılığını isteyir, ne de hesaba çekir. Çünki kişinin tebiet ve xasiyyetindendir ki, daim haqlı olmaq, sözü keçerli ve arzuladığını hemişe elde etmek isteyir, özü de qarşılıqsız ve şertsiz. Öz etdiklerini sayan, xatırladan, hesaba çeken, qarşılıq teleb eden qadına ise kişiler nifret edir.
elbette, ne zaman qüvvetli ve sert olmağı ve ne zaman özünü zeif ve zerif göstermeyi bacaran qadını da kişi sevir. Çünki bezen o kişi hetta qadından qüvvet ve destek almaq isteyir. Qadın ise o zamanlar güclü ve destek vermek iqtidarında olduğunu bildirmelidir. Daim zeif ve zerif qadın obrazı da menfidir.
Qadın gözel varlıqdır, unudulmazdır, amma unudulmazlığını xoş xatirelerle qoruyub saxlamalıdır. Mövzu yazdıqca uzana biler, yuxarıda sadalanan xüsusiyyetlerin hamısı bir qadında cem olmaya da biler, olması da şert deyil. Bezen bir xüsusiyyetle qadın kişisinin qelbinde ve ruhunda ele bir cizgi çekir ki, kişi her zaman onu xatırlamaqdan zövq alır. Tarixden bu cür qadınlara çox misallar getirmek olar, amma sonunda sadece bir misalı getirmekle kifayetlenirik;
Möminlerin anası Aişeden (r.a) revayet olunur ki, bele demişdir: "Resulullahın (s.a.s) xanımlarını heç qısqanmamışam, yalnız Xediceden başqa. Men onu heç görmemişdim. Resulullah hetta qurbanlıq quzu keserken bele deyirdi ki; "Bunu da Xedicenin dostlarına aparın”. Bir gün Onu (s.a.s) qezeblendirdim ve Xedicenin adını çekdim O (s.a.s) da dedi ki; "Mene onun sevgisi bexş olunub”. Ele bil dünyada Xediceden başqa qadın yoxdur!”
Yene Aişeden (r.a) revayet olunur ki; "Resulullah (s.a.s) Xedicenin adını çekerken hemişe Onu (r.a) terifleyerdi. Bir gün qısqanclığımdan – Onun adını ne çox çekirsen?! – dedim. Dedi ki: "...Allah Ondan daha xeyirlisini vermeyib mene. Yalnız O iman getirmişdi, hamı küfr edirdi mene. Heç kim mene inanmayan zaman O mene inanmışdı. Hamı meni mal-dövletinden mehrum ederken, yalnız O mene yardım etmişdi. Hamının övladlarından mehrum idim, Allah ondan mene övladlar bexş etmişdi."
Bir başqa hedisde de Aişeden (r.a) revayet olunur ki; "Resulullahın (s.a.s) heç bir xanımını, Xediceni qısqandığım kimi qısqanmamışam. Ona göre ki, Resulullah (s.a.s) Onu tez-tez yad ederdi, terifleyeri. Allah teala hetta Resuluna (s.a.s) vehy etmişdi ki, Onu (Xediceni) cennetde bir evle müjdelesin.”
Hamısını yaza bilmesek de, bu haqda revayetler çoxdur. Sadece bu hedisleri ve Allah resulunun (s.a.s) heyatını oxuyarken teeccüblenirik ki, Peyğemberimizin (s.a.s) xanımlarının en yaşlısı olmuş Xedice nece de qısqandırıcı bir xanım olmuşdur. Resulullahın (s.a.s) heyatında nece iz buraxmışdır ki, daim Onu (r.a) xatırlayar yad ederdi. Resulullahın (s.a.s) bütün övladları Xediceden (r.a) olmuşdu, yalnız İbrahimden başqa. Xedice (r.a) ile evli olarken Onun (r.a) üzerine heç bir qadın almamışdı, evlenmemişdi.
Hazırladı: Şahmar Kerimov
Поиск
Календарь
«  dekabr 2017  »
bzcaccucumesenbaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2017